...

Xorvatiyanın "Eurovision" təmsilçisi 9 yaşından oxumağa başlayıb (FOTO)

Eurovision-2012 Materials 16 May 2012 15:25 (UTC +04:00)
Xorvatiyanın "Eurovision 2012" təmsilçisi 9 yaşından oxumağa başlayıb. Trend-in məlumatına görə, bunu "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Xorvatiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Nina Badriç deyib.
Xorvatiyanın "Eurovision" təmsilçisi 9 yaşından oxumağa başlayıb (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Xorvatiyanın "Eurovision 2012" təmsilçisi 9 yaşından oxumağa başlayıb. Trend-in məlumatına görə, bunu "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Xorvatiyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Nina Badriç deyib.

Böyük səhnədə 19 yaşından çıxış etdiyini deyən müğənni iyunun 4-də 40 yaşını qeyd edəcəyini diqqətə çatdırıb.

Nina Badriç Bakıya gəlişinin və belə nüfuzlu bir müsabiqədə iştirakının özü üçün böyük bir hədiyyə olduğunu qeyd edib.

Azərbaycandan, Bakının gözəliyindən həvəslə danışan Xorvatiya təmsilçisi müsabiqədən sonra şəhərimizin və ölkəmizin görməli yerlərini gəzəcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti