Azərbaycan, Bakı, 25 may /Trend, müxbir E.Mehdiyev/
"Eurovision 2012" mahnı müsabiqəsinin II yarımfinalında uğur qazanaraq finala addımlayan Makedoniya təmsilçisi Kaliopi ("Crno E Belo") deyib ki, Azərbaycanda həqiqi musiqinin bayramıdır.
"Makedoniya üçün bayramdır. Ölkəmi bir neçə ildən sonra finala yüksəltdiyim üçün xoşbəxtəm", - Trend-in məlumatına görə, mətbuat konfransında Kaliopi deyib.
Kaliopi keçmiş ərinə ona dəstək verdiyinə görə təşəkkür edib.
"Mən bilirəm ki, makedoniyalılar çox sevinclidir. Bu, mənim üçün kifayət idi" - Kalipoli əlavə edib.
Onun sözlərinə görə, bacarsaydı bütün iştirakçıları finala çıxardardı, çünki bütün iştirakçılar finala layiq idilər.
Kaliopi Makedoniyanı finalda 22-cı sırada təmsil edəcək.