...

Üç dəqiqənin sevincini yenidən yaşayan Yunanıstanın "Eurovision 2012" təmsilçisi (VİDEO)

Eurovision-2012 Materials 27 May 2012 01:20 (UTC +04:00)
Yunanıstanın "Eurovision 2012" təmsilçisi Elefteria Elefteriu "Bakı Kristal Zalı"nın səhnəsində 16-cı sırada çıxış edib.
Üç dəqiqənin sevincini yenidən yaşayan Yunanıstanın "Eurovision 2012" təmsilçisi (VİDEO)

Azərbaycan, Bakı, 27 may /Trend/

Yunanıstanın "Eurovision 2012" təmsilçisi Elefteria Elefteriu "Bakı Kristal Zalı"nın səhnəsində 16-cı sırada çıxış edib.

Elefteriu ingilis dilində "Aphrodisiac" mahnısını ifa edib.

"Mən finala çıxdığıma görə şadam. Çox xoşbəxtəm. Mən öz mahnımı "Bakı Kristal Zalı"nın səhnəsində ifa edə bildiyim, bu üç dəqiqəni yenidən yaşayacağım üçün çox şadam", - Elefteriu bundan əvvəl Trend-ə bildirib.

Elefteria Elefteriu 1989-cu il mayın 12-də Kiprdə anadan olub. Səhnədə "Elle" adı ilə də tanınır. O, daha çox Yunanıstanın "The X Factor" televiziya müsabiqəsindən məşhurlaşıb. 2006-cı ildə "Play That Melody To Me" mahnısı ilə Kiprin, 2010-cu ildə "Tables İs Turning" mahnısı ilə Yunanıstanın "Eurovision" milli seçimlərində iştirak edib. Elefteria Elefteriu vokal və rəqs imkanları ilə yanaşı, pianoda gözəl ifa etməyi də bacarır.

Xəbər lenti

Xəbər lenti