...

ARDNŞ Bakıda daha iki yanacaqdoldurma stansiyasını istismara verib

Ekspert Şurası Materials 18 Sentyabr 2010 12:08 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Bakıda öz brendi altında daha iki yanacaqdoldurma stansiyasını (YDS) istismara verib.
ARDNŞ Bakıda daha iki yanacaqdoldurma stansiyasını istismara verib

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Bakıda öz brendi altında daha iki yanacaqdoldurma stansiyasını (YDS) istismara verib.

Hər iki stansiya aeroporta, Bakının qəsəbələrinə və bağ massivinə aparan avtomobil yolunda yerləşir. Onlardan biri Sabunçu dairəsi yaxınlığında, ikincisi isə Qala qəsəbəsinə gedən yoldadır.

Burada YDS olmasına tələbat var. Çünki bu sahələrdə belə obyektlər, demək olar ki, yoxdur. Həmçini yaxın günlərdə Bakı-Salyan şosesinin 70 kilometrliyində də YDS-nın açılması planlaşdırılır.

Bir az əvvəl ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin bildirdiyi kimi, ilin sonunadək istismata veriləcək YDS-nın sayı 10 ədəd təşkil edəcək. Ümumilikdə ARDNŞ Azərbaycanda 26-30 YDS açmaq fikrindədir. Eləcə də stansiyaların respublikanın giriş və çıxış yollarında yerləşməsinə böyük diqqət yetirilir. Azərbaycanda YDS-ya investisyhalar 20 milyon manat təşkil edir.

ARDNŞ-nin brendi altında ilk üç YDS mayın 7-də açılıb. Hər üç stansiya şəhərdə - H.Əliyev adına Bakı Beynəlxalq Hava Limanına aparan şosedə, Zığ şosesində və Bibiheybət qəsəbəsində yerləşir.

Gələn il Azərbaycanda daha 10 YDS-nın açılacağı gözlənilir.

"SOCAR Petroleum"un səhmdarları ARDNŞ (51 faiz) və Amerikanın A.P. International (49 faiz) şirkətidir. "SOCAR Petroleum" 2008-ci il yanvarın 21-də qeydiyyatdan keçib.

Xəbər lenti

Xəbər lenti