Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan prezidentinin 2008-ci il yanvarın 5-də növbədənkənar seçkilərin keçirilməsi haqda və eyni zamanda, parlament seçkilərinin keçirilməsi tarixini müəyyən etmək üçün plebisitin keçirilməsi barədə verdiyi qərarı tarixidir və tamamilə doğru və cürətli addımdır, - Gürcü eksperti, Gürcüstanın " Açıq cəmiyyət" Fondunun rəhbəri David Darçiaşvili hesab edir.
Dünən, "İctimai televiziya" efirində Gürcüstan prezidenti Mixail Saakaşvili növbədənkənar prezident seçkilərinin keçiriləcəyi haqda bəyanat yayıb.
Darçiaşvilinin Trend -ə dediyinə görə, "yaxşı ki, prezident parlament başçısının bu günlər ərzində göstərdiyi peşəkarlığı qeyd edib".
Darçiaşvili bildirib ki, "müxalifətin seçkilərdəki şansına gəldikdə, müxalifət əsas vurğunu insan hüquqlarına edəcək ki, bu sahədə də problemlər mövcuddur".
Darçiaşvili qeyd edib ki, "3-4 il ərzində Gürcüstanda qorxunc hadisələr baş verib. Vaxt gələcək, prezident təəssüflə memuarlar yazacaq, lakin bunu yaşayıb görmək lazımdır".