...

Iranın Təhlükəsizlik Şurası sədrinin müavini istefa verib

Dünya xəbərləri Materials 20 Noyabr 2007 11:00 (UTC +04:00)
Iranın Təhlükəsizlik Şurası sədrinin müavini istefa verib

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Iranın Təhlükəsizlik Şurası sədrinin müavini istefa verib. İranın "Farsnews" agentliyinin noyabrın 19-da yaydığı məlumata əsasən, İran Təhlükəsizlik Şurasının sədr müavini Rəhmani Fəzli vəzifəsindən istefa verib.

Oktyabrın 20-də İranın Təhlükəsizlik Şurasının sədri Əli Laricanı istefa vermişdi. Onun istefasının səbəbi ölkə prezidenti Mahmud Əhmədinejad ilə nüvə planı barədə fikir ayrılıqları olub. Hazırda Təhlükəsizlik Şurasının sədri vəzifəsini Səid Cəlili icra edir.

Xəbər lenti

Xəbər lenti