...

İraqda müharibə 2008-ci ildə ABŞ üçün hər ay $12 mlrd. başa gələcək – Nobel laureatı

Dünya xəbərləri Materials 10 Mart 2008 07:12 (UTC +04:00)
İraqda müharibə 2008-ci ildə ABŞ üçün hər ay $12 mlrd. başa gələcək – Nobel laureatı

İraqda müharibə 2008-ci ildə Amerika Birləşmiş Ştatlırı üçün hər ay $12 mlrd. başa gələcək. Demək olar ki, İraq hərbi kampaniyasının birinci illərin xərcəlrindən üç dəfə çoxdur. Bu nəticəyə, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, amerikalı iqtisadçı Cozef Stiqliç, Linda Bilms ilə birgə yazdığı "Üç trillion dollar dəyərində müharibə" ("The Three Trillion Dollar War") adlı kitabında, gəlib. Associated Press xəbər verir.

2008-ci ildən sonra, ABŞ-nın bu ölkələrdə uzunmüddətli qalmaqlarını da nəzərdə tutsaq, Əfqanıstanda və İraqda hərbi əməliyyatlar 2017-ci ilə qədər federal büdcədən $1,7 - 2,7 trln. aparacaq.

Bu halda, istiqrazların faizi isə $816 mlrd. çata bilər.

ABŞ Konqrenssinin Büdcə idarəsi, ölkənin Əfqanıstanda və İraqda keçirilən əməliyyatlara sərf ediləcək vəsaitin miqdarını hesablayıb, açıqlama vermişdir. İdarənin proqnozlarına əsasən, kampaniyaların ümumi dəyəri $1,2 - 1,7 trln. ola bilər. RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti