...

Nursultan Nazarbayevin doğum gününə ölkə parlamenti tərəfindən bayram statusu verildi

Dünya xəbərləri Materials 29 İyun 2008 17:53 (UTC +04:00)

Qazaxıstan, Astana, 29 iyun / Trend müxbir R.Məşədihəsənli/ Qazaxıstan parlamentinin üst palatası ölkə prezidenti N.Nazarbayevin doğum gününün bayram edilməsi və tətil günü statusuna dair qərar qəbul etmişdir. Beləliklə iyulun 6-da Qazaxıstanda həm prezidentin doğum günü, həm də Astananın yarandığı gün kimi bayram ediləcək. Xatırladaq ki, bu ayın ortalarında deputatların təklifi ilə Astananın adının dəyişdirilərək Nursultan adlandırılmasına dair təklifini N.Nazarbayev qəbul saymamışdır. Həmin təklifdən iki həftə sonra millət vəkilləri yenidən müstəqil Qazaxıstan Respublikasının ilk dövlət başçısının adının əbədiləşdirilməsinə onun doğum gününün bayram edilməsi kimi qərarla qətiləşdirə bildilər.

Bildiyiniz kimi 10 il əvvəl ї 1998-ci ildə N.Nazarbayevin təşəbbüsilə paytaxt Almatı bu günkü Astanaya daşınmışdır.

Əgər N.Nazarbayev parlamentin prezidentin doğum gününə dair qəbul etdiyi qərarı imzalarsa, bu bayram sayca Qazaxıstanın 8-ci dövlət bayramı olacaqdır.

Xəbər lenti

Xəbər lenti