...

Avropa Birliyi İrandakı edamları pisləyib

Dünya xəbərləri Materials 19 İyul 2008 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul / Trend , müxbir T.Cəfərov / Avropa Birliyinin fəaliyyətdə olan sədri şənbə günü bəyanatla çıxış edərək, iyul ayının son həftələri ərzində İranda 10 nəfərin edam olunması ilə bağlı narahatlığını ifadə edib. Bu haqda İranın "İribnews" xəbər saytı məlumat yayıb.

Bəyanatda İranın Milli Məclisində edam haqqında təsdiq olunacaq yeni layihəyə və ümumiyyətlə Avropa Birliyinin edam hökmünün bütün növlərinə qarşı etirazı bildirilib.

İyul ayında İranın Səbzvar şəhərində 6, İranın Buşehr vilayətinin Brazcan şəhərində 4, Sənəndəc şəhərində isə 1 nəfər edam olunub.

2007-ci ilin statistikalarına əsasən, İran edamların sayına görə dünyada Çindən sonra ikinci yeri tutur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti