...

Ukrayna gürcü-rus münaqişəsinin Ukrayna Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcəyinə ümid edir

Dünya xəbərləri Materials 12 Avqust 2008 20:04 (UTC +04:00)

Ukrayna, Kiyev, 12 avqust/ Trend , müxbir Z.Novosvitski/ Ukrayna gürcü-rus münaqişəsinin Ukrayna Rusiya münasibətlərinə mənfi təsir göstərməyəcəyinə ümid edir. - Ukrayna xarici işlər nazirinin müavini Konstantin Yeliseyev bu gün brifinqdə bəyan edib.

O, bildirib ki, bu gün Ukrayna Xarici Işlər Nazirliyində Rusiya Federasiyasının Ukraynadakı müvəqqəti işlər vəkili ilə silahlı münaqişə yaranacağı təqdirdə, Rusiya Federasiyasının Qara Dəniz Donanmasının gəmilələrinin istifadəsi haqqında razılaşmanın hazırlanması probleminin həll edilməsi məsələsi üzrə görüş keçirilib. Yeliseyev bir daha qeyd edib ki, Ukrayna bu məsələ üzrə Rusiyanın adekvat, konstruktiv reaksiyasına ümid edir.

"İstəməzdim ki, gürcü-rus münaqişəsi Rusiya-Ukrayna münasibətlərinə mənfi təsir etsin. Əksinə, biz strateji əməkdaşlığımızı dərinləşdirməliyik", - Yeliseyev qeyd edib.

Nazir müavini vurğulayıb ki, bu münaqişənin gərginləşməsi nəticəsində, Ukraynanın milli maraqlarına xələl yetirilməməlidir.

Xəbər lenti

Xəbər lenti