...

Tsxinvalidə içməli su, işıq və qaz yoxdur - RF FHN-nin rəhbəri

Dünya xəbərləri Materials 13 Avqust 2008 17:02 (UTC +04:00)

Rusiya, Moskva, 13 avqust/ Trend , müxbir R.Ağayev/ Tsxinvalidə içməli su, işıq və qaz yoxdur, - bu gün Vladiqafqazdan yaradılmış tele-körpünün gedişində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sergey Şoyqu deyib.

"Biz ən mühüm və vacib məsələlərin həllində hər gün irəliləyirik. Şəhərdə hələ ki, içməli su, işıq və qaz yoxdur. Suyu atlarla gətiririk və çörək bişiririk. Mənə elə gəlir ki, xəstəxana yaxın günlərdə işə düşəcək", - Şoyqu qeyd edib.

.

Xəbər lenti

Xəbər lenti