Qırğızıstan, Bişkək, 15 avqust/ Trend müxbir R.Məşədihəsənli/ Qırğızıstan parlamentinin rəsmi nümayəndəsi Ajıbay Kəlməmmətov cümə günü Şimali Osetiyanın paytaxtı Vladiqafqaza gəlib. O, Cənubi Osetiyadan olan qaçqınların yerləşdirildiyi xəstəxanalara baş çəkib. Sabah o, MDB-nin parlament nümayəndə heyətinin tərkibində Cənubi Osetiyaya səfər edəcək və Tsxinvalidə yerində vəziyyətlə tanış olacaq.
Bu barədə Trend -un müxbirinə Qırğızıstan Parlamenti mətbuat xidmətinin əməkdaşı Emil Niyazov məlumat verib.