Gürcüstan, Tbilisi, 19 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Bu gün axşam Böyük Britaniyanın XİN rəhbəri Devid Millibenq Tbilisiyə səfərə gələcək. Dövlət Dəftərxanasından verilən məlumata görə, o, Tbilisiyə NATO nazirlərinin görüşü keçirilən Brüssel şəhərindən gələcək.
Britaniyalı diplomat Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşəcək və onunla Rusiya- Gürcüstan münasibətlərini müzakirə edəcək.
Böyük Britaniya mövqeyini dəqiq müəyyən edib və Rusiydan qoşunlarını Gürcüstan ərazisindən təcili çıxarmağı və Aİ-yə sədrlik edən Fransanın vasitəçiliyi ilə imzalanan sazişi yerinə yetirməyi tələb edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı trend