Gürcüstan, Tbilisi, 30 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Rusiya Federasiyasının Gürcüstandakı səfirliyinin diplomatik nümayəndəsi A.Smaqa 2008 - ci il avqustun 29 - da Gürcüstanın Xarici İşlər Nazirliyinə dəvət olunub.
Gürcüstan XİN -dən verilən məlumata görə, Rusiya üzrə Departament direktoru İ.Toroncadze diplomatik nümayəndəyə nota təqdim edib. Notaya əsasən, 2008 - ci il sentyabrın 8 - dən Rusiya Federasiyası vətəndaşları üçün vizalar yalnız Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri və konsullluq idarələrində veriləcək.
Bununla yanaşı, Gürcüstana səfər vizaları bu ölkəyə ailəsi ilə görüşmək, humanitar məqsəd, həmçinin rəsmi (işgüzar) səfərə gedən Rusiya vətəndaşlarına, yalnız dəvətin əsli əsasında veriləcək.
Rusiya Federasiyası vətəndaşlırının Gürcüstan vizası alması barədə ətraflı informasiya ilə Gürcüstanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluq idarələrində tanış olmaq olar.