Buş administrasiyası Şimali Koreyanın terrorçuluğu dəstəkləyən dövlətlərin siyahısından çıxarıldığını bəyan edib. Xəbəri CNN kanalı yayıb.
ABŞ müvafiq qərarı şənbə günü Pxenyanla əldə olunmuş razılaşmadan sonra gəlib. Həmin razılaşmaya əsasən MAQATE ekspertləri Şimali Koreyanın bütün nüvə obyektlərini yoxlamaq hüququ əldə edirlər. Bunu ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Şon Makkormak açıqlayıb.