...

İstanbulda bazar ertəsi günü son illərin ən səsgətirən istintaqı olan "Ergenekon"-la bağlı məhkəmə prosesi başlayır

Dünya xəbərləri Materials 19 Oktyabr 2008 17:59 (UTC +04:00)

Türkiyə, Ankara, 19 oktyabr / Trend News, müxbir T. Əliyev/ Proseslə bağlı siyasi partiya sədri, hərbçilər, jurnalistlər də daxil olmaqla 46 nəfər həbsdədir, cəmi isə 86 nəfər ittiham edilir.

Onlar "Ergenekon" adlı terror təşkilatını yaratmaq, dövlət çevrilişinə cəhd və bir sıra digər ağır cinayətlərdə ittiham edilirlər.

Ötən il İstanbukun Umraniyə bölgəsində 27 əl bombası və digər silahların polis tərəfindən aşkarlanması ilə başlayan  "Ergenekon" prosesi ilə hazırlanan ittihamnamənin həcmi 2500 səhifəyə yaxındır.

İstintaqa cəlb edilənlər arasında silahlı qüvvələrin istefada olan generallarından Vəli Küçük, İşçi Partiyasının sədri Doğu Perinçek, "Cümhuriyyət" gəzetinin Baş redaktoru və yazarı İlhan Selcuk, İstanbul Universitetinin sabiq rektoru Kamal Alemdaroğlu kimi tanınmış şəxslər var.

Məhkəmə prosesinin İstanbulun Silivri bölgəsində, təqsirləndirilənlərin saxlandığı həbsxananın zalında keçirilməsi planlaşdırılır.

280 nəfərlik salonda 200 yerin məhkəmə heyəti, prokurorlar, müttəhimlər, şahidlər və vəkillərə, 80 yerin isə mətbuat və ictimaiyyət nümayəndələrinə ayrıldığı bildirilir. Yan otaqda isə gizli şahidlərin ifadə verməsi üçün zəruri şərait yaradılıb.

Türkiyə müxalifəti dəfələrlə prosesin şişirdildiyini və iktidarın "Ergenekon" istintaqı ilə öz siyasi opponentlərinə qarşı təzyiq və repressiya həyata keçirdirini iddia edir.

Hakim dairələr bu ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti