...

Bu gün ABŞ-da 44-cü prezident seçkiləri keçiriləcək

Dünya xəbərləri Materials 4 Noyabr 2008 11:26 (UTC +04:00)

RBK- nın verdiyi xəbərə görə, ilk olaraq bir sıra şərq ştatları - Vermont, Corciya, Cənubi Karolina, Kentuk, İndian və Virciniyada seçki məntəqələri açılacaq. Daha sonra səsvermə prosesi ölkə boyunca ABŞ-ın qərb sahillərinə keçəcək, proses Alyaska ştatında yekunlaşacaq, burada səsvermə məntəqələri yalnız yerli vaxtla saat 8.00-da bağlanacaq. Səs vermək üçün ilk məntəqələr şərq ştatlarında səhər tezdən açılacaq, noyabrın 5-də isə yerli vaxtla təqribən 02.00-da bağlanacaq.

Ölkə başçısı postuna cəmi yeddi namizəd iddia edir, lakin ölkədə yaranan ənənəvi ikipartiyalı sistem nəticəsində, post uğrunda əsas mübarizə onlardan iki nəfərin - respublikaçılar və demokratlar arasında gedəcək.

Hazırda favorit potensial vitse-prezident Cozef Bayden ilə bir komandada gedən, Demokratlar Partiyasından namizəd, İllinoys ştatından olan 47 yaşlı senator Barak Hüseyn Obamadır. İlkin ictimai rəy sorğusunun nəticələrinə görə, o, rəyi soruşulanların təqribən 50%-nin dəstəyini qazanmaqla və stabil olaraq əsas opponentini təqribən 5-9% qabaqlayaraq son zamanlar yarışmanın sabit liderinə çevrilib. Obama seçkilərdə qələbə qazanacağı təqdirdə, ABŞ-ın ilk qara dərili prezidenti ola bilər.

Prezident postuna digər ciddi namizəd, vitse-prezident postuna namizəd Sara Peylin ilə bir komandada yer alan, Respublikaçılardan olan və Arizona ştatının 72 yaşlı senatoru Con Makkeyndir. O, son zamanlar Obamadan gah az, gah da çox geri qalıb, lakin son həftə ərzində seçkiqabağı yarışmada liderlər yarışmasında heç cür irəli çıxa bilməyib. Bununla belə, respublikaçı namizəd ruhdan düşməyib və rəqibindən KİV-in məlumtlarından fərqli olaraq guya olduqca az geri qaldığını bildirib. Con Makkeyn seçiləcəyi təqdirdə, ABŞ tarixində ən yaşlı prezident olacaq.

Prezident postuna digər namizədlər arasında keçmiş radioaparıcı Alan Keyes, tanınmış istehlakçı hüquqlarının müdafiəçisi Ralf Neyder, keçmiş konqresmen Robert Barr, "Yaşıllar" Partiyasından olan namizəd Sintiya Makkinni, həmçinin Konstitusiya Partiyasından bir nəfər dini-mühafizəkar namizəd yer alıb.

Xəbər lenti

Xəbər lenti