...

"Şaxtyor" Çempionlar liqasında "Barselona"nı məğlub etdi

Dünya xəbərləri Materials 10 Dekabr 2008 02:01 (UTC +04:00)
"Şaxtyor" Çempionlar liqasında "Barselona"nı məğlub etdi

Azərbaycan, Bakı, 10 dekabr / Trend / UEFA Çempionlar liqasında A, B, C və D qruplarında sonuncu, altıncı turun oyunları keçirilib. Ukrayna "Şaxtyor"u "Barselona"nı səfərdə məğlub edib - 3:2. Amma buna baxmayaraq, "mədənçilər" mübarizəni UEFA Kubokunda davam etdirəcəklər. Pley-offa isə bu qrupdan "Barselona" və "Sportinq" vəsiqə qazanıblar.

Bu iki klubdan savayı Çempionlar liqasının 1/8 final mərhələsində həmçinin "Çelsi", "Roma", "Panatinaikos", "İnter", "Liverpul" və "Atletiko" mübarizə aparacaqlar.

A qrupu

"Çelsi" (İngiltərə) - ÇFR "Kluj" (Rumıniya) 2:1

"Roma" (İtaliya) - "Bordo" (Fransa) 2:0

B qrupu

"Panatinaikos" (Yunanıstan) - "Anartosis" (Kipr) 1:0

"Verder" (Almaniya) - "İnter" (İtaliya) 2:1

C qrupu

"Barselona" (İspaniya) - "Şaxtyor" (Ukrayna) 2:3

"Bazel" (İsveçrə) - "Sportinq" (Portuqaliya) 0:1

D qrupu

"Marsel" (Fransa) - "Atletiko" (İspaniya) 0:0

PSV (Hollandiya) - "Liverpul" (İngiltərə) 1:3

Xəbər lenti

Xəbər lenti