...

Gürcüstan-Amerika xartiyası imzalanıb

Dünya xəbərləri Materials 9 Yanvar 2009 23:56 (UTC +04:00)
Gürcüstan-Amerika xartiyası imzalanıb

Gürcüstan, Tbilisi, 09 yanvar / Trend müxb. N.Kirtsxalia/Bu gün axşamVaşinqtonda əməkdaşlıq haqqında Gürcüstan-Amerika xartiyası imzalanıb. Sənədə ABŞ-ın Dövlət katibi Kondoliza Rays və Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze imza atıblar.

Gürcüstan televiziyaları mərasimi canlı yayınlayıblar. Xartiya Gürcüstan və Amerika arasında təhlükəsizlik, iqtisadiyyat, demokratiyanın inkişafı və mədəniyyət sahələrində əməkdaşlığı nəzərdə tutur. Amerika tərəfinin təkidi ilə, xartiyanın təfərruatları ictimaiyyətə sənəd imzalandıqdan sonra təqdim olunacaq. 

Rays ABŞ-ın Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini və gələcəkdə də dəstəkləməkdə davam edəcəyini bildirərək, deyib: "Biz təhlükəsizlik, müdafiə, iqtisadiyyat, energetika, humanitar problemlər  və mədəniyyət sahələrində əməkdaşlıq haqqında razılığa gəldik".  

Dövlət katibi ABŞ-ın Gürcüstanın NATO və Avropa strukturlarına meyilliliyini dəstəklədiyini söyləyib: "NATO-ya üzvlülük məsələsi Gürcüstana aiddir, biz isə bir dost kimi ona dəstək olmağa hazırıq. İstərdim ki, hamınız biləsiniz: sizin ABŞ-da dostlarınız var".

Vaşadze bildirib ki, bu Gürcüstan üçün tarixi hadisədir: "Bu sənəd ölkələrimizin strateji partnyorluğunu sübut edir və onun  vasitəsi ilə NATO və Avropa strukturlarına necə inteqrasiya edəcəyimizi göstərir. Sivil dünyaya doğru addımlamağımızı möhkəmləndirəcək belə bir sənədin imzalanmasını çoxdan arzulayırdıq. Biz dəstəyə görə ABŞ-a minnətdarıq və yaxşı anlayırıq ki, liberal və demokratik dövlət olmaq yalnız mükafat deyil, həm də vəzifədir".

Xəbər lenti

Xəbər lenti