...

Qəzzadakı hadisələr dünya təhlükəsizliyi sisteminin zəifliyini nümayiş etdirdi - İran XİN-nin rəhbəri

Dünya xəbərləri Materials 25 Yanvar 2009 19:20 (UTC +04:00)
Qəzzadakı hadisələr dünya təhlükəsizliyi sisteminin zəifliyini nümayiş etdirdi - İran XİN-nin rəhbəri

Mindən çox dinc fələstinlinin ölümü ilə nəticələnən Qəzza zolağında keçirilən hərbi əməliyyatlar dünya təhlükəsizliyi sisteminin aktual problemləri həll etməyə qadir olmadığını nümayiş etdirdi.Bunu bazar günü İranın xarici işlər naziri Manuçehr Mottəki bəyan edib, RİA Novosti yazır.

İranın xarici siyasət idarəsinin yaydığı məlumatda deyilir: "Minlərlə günahsız fələstinlinin ölümü ilə nəticələnən acı faciə müasir beynəlxalq təhlükəsizlik sisteminin acizliyini təsdiqlədi".

Mottəkinin sözlərinə görə, "dünya birliyi vahid mövqedən çıxış edərək, təcavüzkar sionist İsrailin Qəzzadakı cinayətlərinə reaksiya verməlidir".

İsrailin Qəzza zolağında 2008-ci il dekabrın 27-də başladığı hərbi əməliyyat yanvarın 18-də başa çatıb. Nəticədə əksəriyyəti dinc əhali təşkil edən 1,3 min fələstinli qətlə yetirilib. Fələstinli tibb mənbələrinin bildirdiklərinə görə, 4,5 min nəfər yaralanıb.

İsrail tərəfdən 13 nəfər həlak olub. Onlardan 10-u hərbçi, 3-ü isə dinc sakindir.

Xəbər lenti

Xəbər lenti