...

Türkiyənin baş naziri Davosda keçirilən iclası etiraz əlaməti olaraq tərk etdi

Dünya xəbərləri Materials 30 Yanvar 2009 09:30 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Təyib Ərdoğan etiraz əlaməti olaraq Davosda keçirilən və İsrail prezidentinin iştirak etdiyi Ümumdünya iqtisadi forumunu tərk edərək bildirdi ki, bir daha forumda iştirak etməyəcək, RİA Novosti xəbər verir.

"Siz insan öldürməyi yaxşı bilirsiniz", Ərdoğan Şimon Peresin çıxışından dərhal sonra dedi və İsrailin Qəzzada tərətdiyini tənqit atəşinə tutdu.

O həmçinin onun çıxışı üçün bir neçə dəqiqə ayrıldığı təqdirdə İsrail prezidentinə 25 dəqiqənin verilməsinə gileyləndi.

"Mənim üçün Davos bitdi. Mən bura daha gəlmərəm", Türkiyənin baş naziri dedi və görüş yerini tərk etdi.

Xəbər lenti

Xəbər lenti