...

Güclü külək İranın Ərdəbil əyalətində məktəblərin bağlanmasına səbəb olub

Dünya xəbərləri Materials 10 Mart 2009 12:25 (UTC +04:00)

İranın Ərdəbil əyalətində başlayan güclü külək səbəbindən məktəblər bağlanıb. Küləyin sürəti saatda 110 kilometr olub. Bu barədə İran televiziyası məlumat yayıb.

İranın Ərdəbil əyalətinin təhsil şöbəsinin məlumatına əsasən, güclü külək Ərdəbil, Səreyn, Nəmin, Hir və Nir şəhərlərində məktəblərin bağlanmasına səbəb olub.

Martın 10-na keçən gecə güclü külək və qasırğa Meşginşəhr şəhərində elektrik təsərrüfatına, yaşayış obyektlərinə ciddi ziyan vurub və iki nəfərin ağır xəsarət almasına səbəb olub. Ərdəbildə də güclü gülək nəticəsində bir nəfər xəsarət alıb.

Qasırğa Germi və Biləsuvar şəhərlərində də yaşayış obyektlərinə və meyvə bağlarına ciddi ziyan vurub.

Güclü külək və qasırğa İranın Urmiya əyalətinin Çaldıran şəhərində bir neçə evin dağılmasına, ağacların qırılmasına, elektrik xətlərinin sınmasına səbəb olub.

Xəbər lenti

Xəbər lenti