...

İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa hazırıq - İraq prezidenti

Dünya xəbərləri Materials 11 Mart 2009 15:17 (UTC +04:00)

İraq prezidenti Cəlal Talibani Tehranda keçirilən ECO - İqtisadi Əməkdaşlıq Təşkilatı başçılarının sammitində çıxışında bildirib ki, İraq öz əlaqələrini ECO -ya üzv ölkələr ilə inkişaf etdirməyə hazırdır. Bu barədə İranın dövlət (İRİB) televiziyası məlumat yayıb.

Talibani İqtisadi Əməkdaşlıq Təşkilatı başçılarının sammitində qonaq qismində iştirak edir. "ECO təşkilatı təsis olunduğu dövrdən indiyədək müxtəlif iqtisadi sahələrdə, eləcə də narkotiklərlə mübarizə sahəsində ciddi və səmərəli işlər görülüb. Bu, üzv ölkələrin müştərək mənafe və yaxşı əlaqələrinin olmasına nümunədir", - deyə Talibani bildirib.

O qeyd edib ki, İraq hazırda xalqın iştirakı ilə sabitlik və təhlükəsizliyini təmin etməklə yanaşı, modern ölkə olmağa çalışır. "İraq müxtəlif sahələrdə əməkdaşlıq üçün öz qardaşlıq əlini ECO-ya üzv ölkələrə uzadır", -deyə Talibani bildirib.

Talibani həmçinin vurğulayıb ki, İraqda yenidənqurma işləri və əkinçilik üçün yeni üfüqlər yaranıb: "Biz sizləri ölkəmizdə iqtisadi fəaliyyətləri inkişaf etdirməyə dəvət edir və indidən "xoş gəlmisiniz" deyirik".

"İraq terroristləri məhv etmək üçün sizinlə əməkdaşlığa ehtiyacı duyur", - Talibani həmçinin əlavə edib.

İraq prezidenti çıxışının sonunda ölkəsi ilə əməkdaşlıq etdiyi üçün İran rəhbərliyinə təşəkkürünü bildirib.

Xəbər lenti

Xəbər lenti