...

Benyamin Netanyahu mayda ABŞ-a səfər edəcək

Dünya xəbərləri Materials 19 Mart 2009 18:45 (UTC +04:00)

İsraildə yeni hökumətin qurulması tapşırılan Benyamin Netanyahu, ABŞ-a ilk işgüzar səfərini mayın 3-də edəcək", - Likud partiyasındakı mənbələrə istinadən İsrailin "Haaretz" qəzeti yazır.

"Netanyahu ABŞ-ın ən böyük yəhudi təşkilatlarından olan AYPAK-ın konfransında iştirak edəcək. Onun həm də ABŞ Prezidenti Barak Obama ilə görüşlər keçirəcəyi də gözlənilir", - qəzet yazır.

Bu, Netanyahunun, yaxın günlərdə hökuməti formalaşdıra biləcəyi halda Baş nazir qismində ABŞ-a ilk səfəri olacaq.

Xəbər lenti

Xəbər lenti