Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Polşaya səfəri zamanı keçirdiyi mətbuat konfransında ölkəsinin Avropa İttifaqına üvz olan bəzi ölkələrdən daha çox islahatlar apardığını bildirib. Bu barədə Türkiyənin TRT2 telekanalı məlumat verib.
"Aİ-yə üvz olan bəzi ölkələrdən daha çox islahatlar aparmışıq", - Ərdoğan bildirib. Türkiyənin Baş naziri onu da bildirb ki, Aİ-yə üzv olmaq üçün nə tələb olunursa Türkiyə qarşısında da həmin tələblər qoyulmalıdır.
"Türkiyədə Aİ-yə üzvlük üçün quruma üzv ölkələrdən daha çox işlər görülüb", - o qeyd edib.