Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Şimali Kiprin XİN rəhbəri Hüseyn Özgür ilə Ankarada keçirdiyi mətbuat konfransında Kipr adasında sülhün bərqərar olması üçün danışıq aparan tərəflərin bərabərhüquqlu olmasının labüdlüyünu bildirib. Bu haqqda Türkiyənini TRT2 Telekanalı Məlumat verib.
"Sülhün bərqərar olması üçün tərəflər bərabərhüquqlu olmalıdırlar. Əgər adanın yunan tərəfi türkləri azlıq kimi qəbul edirlərsə, onda sülh danışıqlarından söhbət gedə bilməz", - deyə Davudoğlu deyib.
Davudoğlu onu da qeyd edib ki, Türkiyə adada sülhün olmasını istəyir və bunun üçün əlindən gələni əsirgəmir.
"Biz sülhün bərqərar olması üçün yunan tərəfi ilə də danışıqlar aparırıq. Sülh üçün hər hansı bir ehtimal varsa, bu ehtimal əldən verilməməlidir", - deyə o qeyd edib.