...

Şahidlər Özbəkistanın Qırğızıstanla sərhəddə yerləşən Xanabad şəhərində partlayış baş verməsi barədə məlumat veriblər (əlavə olunub - 2)

Dünya xəbərləri Materials 26 May 2009 14:30 (UTC +04:00)

Şahidlər Özbəkistan-Qırğızıstan sərhədi yaxınlığında yerləşən Xanabad şəhərində (Özbəkistanın Əndican vilayəti) partlayış baş verməsi barədə məlumat veriblər.

Baş vermiş hadisə haqqında hələlik rəsmi məlumat yoxdur, Qırğızısatn Daxili İşlər Nazirliyindən Trend -a telefon vasitəsi ilə bildiriblər.

Sərhədyanı şəhər Oşda (cənubi Qırğızıstan) yaşayan şahidin "RİA Novosti-yə telefon vasitəsi ilə bildirdiyinə görə, çərşənbə axşamı səhər saatlarında Xanabad gömrük məntəqəsində partlayış baş verib. Onun sözlərinə görə, hadisənin baş verdiyi rayonda Özbəkistan tərəfindən böyük sayda polis qüvvəsi cəmləşdirilib, ordu yeridilib, tank və digər texnikalar qeydə alınıb.

Eyni zamanda  "Ferqana.ru" məlumat verir ki, partlayış bir gün əvvəl gömrük məntəqəsində deyil, Xanabad şəhər polis idarəsinin binasında axşam saatlarında baş verib. Həmçinin Əndican vilayətinin Kurqantepinsk rayonunda atışma ola bilməsi barədə məlumat verilir. Xanabad şəhərində bütün çayxanalar, əyləncə obyektləri və ictimai yerlər bağlanıb.

Xəbər lenti

Xəbər lenti