...

ABŞ-ın Fox Soccer kanalı İranın futbol üzrə 2010-cu il Dünya çempionatının seçmə mərhələsindəki oyunlarını canlı yayımlayacaq

Dünya xəbərləri Materials 29 May 2009 16:18 (UTC +04:00)

ABŞ-ın Fox Soccer idman kanalı İranın 2010-cu il Dünya çempionatının seçmə mərhələsindəki qrup oyunlarını canlı yayımlayacaq. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

İranın futbol üzrə 2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Koreya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirlikləri ilə oyunları ABŞ-ın Fox Soccer kanalında iki dildə - ingilis və fars dillərində canlı yayımlanacaq.

FARS xəbər agentliyinin məlumatına əsasən, Fox Soccer kanalı ABŞ futbol federasiyasına məxsus kanaldır.

ABŞ Futbol Federasiyası İrana dostluq görüşü keçirmək təklifi etmişdi. İran Futbol Federasiyası ABŞ-la iki yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı qarşı tərəfin təklifini qəbul edib. "Biz ABŞ-la yoldaşlıq matçlarının keçirilməsində maraqlıyıq. Birinci görüş İran paytaxtı Tehranda keçiriləcək", - İran Futbol Federasıyasının rəhbəri Əli Kəffaşiyan bildirmişdi.

ABŞ və İran milli futbol komandaları 1998-ci ildə Fransada keçirilən Dünya çempionatinda qarşılaşıblar. Maraqlı keçən oyunda İran 2:1 hesabı ilə qələbə qazanıb.   
İran və ABŞ arasında 1980-ci ildən etibarən diplomatik əlaqələr yoxdur.

Xəbər lenti

Xəbər lenti