...

Türkiyə BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək

Dünya xəbərləri Materials 2 İyun 2009 10:31 (UTC +04:00)

"Türkiyənin BMT-dəki daimi nümayəndəsi Baki İlkin və Türkiyə nümayəndə heyəti iyunda BMT Təhlükəsizlik Şurasına rəhbərlik edəcək", - The Journal of Turkish Weekly jurnalı xəbər verir.

Türkiyə ilkin ay ərzində TŞ-nin bütün iclaslarında sədrlik edəcək. Ancaq yüksək səviyyəli görüşlərə xarici işlər naziri başçılıq edəcək.

BMT TŞ-nin aylıq proqramının təsdiqindən sonra, çərşənbə axşamı Türkiyə nümayəndəsi BMT-nin baş ofisində mətbuat konfransı keçirəcək. BMT TŞ-də sədrlik əlifba sırası ilə 15 üzv tərəfindən həyata keçirilir. Türkiyə 2009-cu ilin yanvarından TŞ-də daimi olmayan üzvlüyə malikdir. Bu üzvlük 2010-cu ilin sonunda başa çatır.

TŞ beş daimi üzv - ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya, on daimi olmayan üzv - Avstriya, Burkina-Faso, Kosta-Rika, Xorvatiya, Yaponiya, Liviya, Türkiyə, Meksika, Uqanda və Vyetnamdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti