...

İslam Konfransı Təşkilatının baş katibi ABŞ Prezidenti ilə görüşəcək

Dünya xəbərləri Materials 3 İyun 2009 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyun /  Trend , müxbir R.Hafizoğlu /

İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu Misirə səfəri zamanı ABŞ Prezidenti Barak Obama ilə görüşəcək. Bu barədə İKT-dən Trend -a daxil olan məlumatda bildirilir.

ABŞ Prezidenti Barak Obama Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanı və Misirə səfər edəcək. Prezident Obama bu gün rəsmi səfərlə Səudiyyə Ərəbistanına gəlib.

İKT-nin baş katibi ABŞ Prezidentinə inoqurasiya zamanı rəsmi məktub göndərərək, ABŞ və İslam dünyası arasında əməkdaşlığın zəruriliyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti