...

Azərbaycanda çörəyin qiymətinin artması üçün iqtisadi əsas yoxdur – Dövlət Xidməti

Dünya xəbərləri Materials 9 İyul 2009 17:50 (UTC +04:00)
Azərbaycanda çörəyin qiymətinin artması üçün iqtisadi əsas yoxdur – Dövlət Xidməti

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti həftədə iki dəfə daimi əsaslarla istehlak bazarının qiymətləri, xüsusən də çörəyin qiyməti ilə bağlı monitorinq keçirir. Bu barədə cümə axşamı xidmətinin rəisi Zahid İsayev məlumat verib. 

"Monitorinqin nəticələri onu göstərir ki, Azərbaycanda çörəyin qiyməti qalxmayıb və bunun üçün heç bir iqtisadi əsas yoxdur", - İsayev deyib.

Bunun təsdiqi kimi, dünya, o cümlədən Azərbaycan bazarında unun və taxılın qiymətində ucuzlaşmanın müşahidə olunması faktını göstərmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti