...

ABŞ Prezidenti yəhudi təşkilatlarının başçıları ilə qəsəbələrlə bağlı yaranan fikir ayrılıqlarını müzakirə edəcək

Dünya xəbərləri Materials 13 İyul 2009 13:51 (UTC +04:00)

ABŞ Prezidenti Barak Obama bazar ertəsi AYPAK - ABŞ-dakı ən böyük yəhudi lobbisinin də daxil olduğu 12-dən çox yəhudi təşkilatının nümayəndələri ilə görüş keçirəcək və Ağ Evin İordan çayının Qərb sahilində yəhudi qəsəbələrinin inşasını dayandırmaq tələbi ilə əlaqədar yaranan fikir ayrılıqlarını müzakirə edəcək. Bu barədə İsrailin Jerusalem Post qəzeti xəbər verir.

Amerikalı yəhudilər qəsəbələr problemi ilə bağlı prezidentlə qismən razıdırlar, lakin təşkilat başçılarının hesab etdiyi kimi, İsrailin ünvanına olan tənqidlər yanlışdır, qəzet xəbər verib.

ABŞ İsraili fələstinlilər ilə sülh prosesinə mane olan Qərb sahilində qəsəbələrin inşasını dayandırmağa çağırır.

Binyamin Netanyahu hökuməti gələcəkdə qəsəbələrin inşasının dayandırılmasına razıdır, lakin hazırkı qəsəbələrin inşasının dayandırılmasından imtina edir.

İsrail tərəfindən 1967-ci ildə işğal edilmiş Qərb sahilində 121 yəhudi qəsəbəsi var ki, onlarda da təxminən 300 min israilli yaşayır.

ABŞ-ın yəhudi təşkilatları Vaşinqtondakı hökumətdən, xüsusilə Suriyaya səfirin qayıtmasından sonra, Obamanın Yaxın Şərqdəki gələcək addımlarını aydınlaşdırmağı tələb etmək niyyətindədirlər, Jerusalem Post yazır.

İyun ayında Vaşinqton dörd illik fasilədən sonra səfirini Dəməşqə qaytarmaq haqqında qərar qəbul edib. Suriya hökuməti ABŞ-ın bu addımlarını bəyənib və Obamanı yaxın gələcəkdə Dəməşqə səfər etməyə dəvət edib.

Xəbər lenti

Xəbər lenti