...

İsrail hökuməti Şərqi Yerusəlimdə yeni qəsəbələrin inşasını dayandırıb

Dünya xəbərləri Materials 30 İyul 2009 15:28 (UTC +04:00)
İsrail hökuməti Şərqi Yerusəlimdə yeni qəsəbələrin inşasını dayandırıb

İsrailin Baş naziri Binyamin Netanyahu Şərqi Yerusəlim ərazisində 900 yeni evin inşasını dayandırmağı əmr edib, İsrailin "Haaretz" qəzeti ölkənin Onuncu kanalına istinadən bildirib.

Netanyahu tikintiləri dondurmaq barədə əmri ABŞ-ın Yaxın Şərq üzrə xüsusi səfiri Corc Mitçell Yerusəlimdə Vaşinqtonun fələstinlilər ilə mübahisəli ərazilərdə qəsəbələrin inşasının genişləndirilməsini dayandırmaq haqqında tələbini bəyan etdikdən sonra verib.  

Fələstinlilər Şərqi Yerusəlimə keçmiş dövlətlərinin paytaxtı hesab edirlər. Fələstin administrasiyasının Prezidenti Mahmud Abbas bəyan edib ki, İsrail hələ də Şərqi Yerusəlimdə qəsəbələrin inşasını dayandırmadığı üçün fələstinlilər sülh danışıqlarının bərpa olunmasından imtina edirlər.

Yeni evlərin Yerusəlimin yəhudi məhəllələri yaxınlığında, həmçinin İsraili Qərb sahilindən ayıran xətt  -  "yaşıl zona" ərazisində inşa edilməsi planlaşdırılırdı.

İsrail yəhudi, müsəlman və xristian məhəllələrinin daxil olduğu qədim şəhər ilə birlikdə Şərqi Yerusəlimi 1967-ci ildə yeddi günlük müharibə zamanı işğal edib.

Baş nazir Yəhud Olmert ərəb məhəllələrini fələstin dövləti ilə birləşdirməyə hazır olduğunu bəyan etsə də, martda hökumətə başçılıq edən "Likud" hakim partiyası Yerusəlimi fələstinlilər ilə bölüşmək istəyinin olmamasını bildirib.

Xəbər lenti

Xəbər lenti