...

ABŞ vətəndaşları İrana "qeyri-qanuni daxil olarkən" həbs olunublar

Dünya xəbərləri Materials 4 Avqust 2009 16:28 (UTC +04:00)

İranın Təhlükəsizlik Qüvvələrinin rəsmi nümayəndələri üç ABŞ vətəndaşının İranın qərbində yerləşən Marivan şəhərində həbs olunmasını təsdiq edib. Onlar "qeyri- qanuni giriş"də ittiham olunurlar. Bu barədə Trend Press TV-yə istinadən bildirib.

"Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən üç şəxs Marivanda Malax-Xur sərhəd rayonunda həbs olunublar", - Fars News informasiya agentliyinə Kürdüstanın siyasət və təhlükəsizlik məsələləri üzrə qubernator müavini İrac Həsənzadə bildirib.

O bildirib ki, orta yaşlı kişilər Suriya və İraq vizaları ilə səyahət ediblər, həmçinin əlavə edib ki, İran sərhəddini qeyri-qanuni keçmək istəyən şəxslər həbs olunacaqlar.

ABŞ əvvəlcə ölkənin İranda maraqlarına xidmət edən Tehrandakı İsveçrə səfirliyinə üç amerikalının həbs olunması faktı üzrə vəziyyəti izləmək üçün müraciət edib.

İraqın şimalındakı Kürd nümayəndəsi AFP-ə bildirib ki, ABŞ vətəndaşları piyada səyahət ediblər və İraq tərəfinin İran sərhədinə yaxın olması səbəbindən dağlara qalxmamaq xəbərdarlığından sonra həbs olunublar.

Bununla yanaşı, İraqın şimalındakı polis polkovniki Önvər Hac Ömər üç amerikalının Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsinin olmasını da istisna etmir. Bu barədə "İraqın səsi" xəbər verir.

İran Parlamentinin Xarici siyasət komitəsinin rəhbəri Əlaəddin Burujerdi bildirib ki, bu məsələyə adi hal qismində baxılacaq.

Xəbər lenti

Xəbər lenti