...

Bu gün İran parlamentində Əhmədinejadın yeni kabinetinə səsvermə keçiriləcək

Dünya xəbərləri Materials 3 Sentyabr 2009 10:32 (UTC +04:00)
Bu gün İran Parlamenti yeni Nazirlər Kabinetinə təqdim olunmuş namizədlərin səsverməsini keçirəcək. Bu barədə İranın İRNAagentliyi məlumat verib.
Bu gün İran parlamentində Əhmədinejadın yeni kabinetinə səsvermə keçiriləcək

Bu gün İran Parlamenti  yeni Nazirlər Kabinetinə təqdim olunmuş namizədlərin səsverməsini keçirəcək. Bu barədə İranın İRNAagentliyi məlumat verib.

İran Parlamenti ölkə prezidenti tərəfindən təklif olunmuş yeni Nazirlər Kabinetinin tərkibinin müzakirələrinin beşinci günü iclasında neft və energetika nazirləri vəzifəsinə namizədlərin  müzakirəsi aparılacaq.

Bu günki iclasda parlamentin 215 nümayəndəsi iştirak edir. İlk növbədə neft və energetika nazirləri öz proqramlarını açıqlayacaq və sonra onların lehinə və əleyhinə olan nümayəndələr çıxış edəcək. İran prezidenti Mahmud Əhmədinejad bugünki iclasda bir saat ərzində yeni dövlətin proqramlarını açıqlayacaq və yeni kabineti müdafiə edəcək. Prezidentin çıxışından sonra bugünki iclasda səsvermə keçiriləcək. Səsvermə üçün 21 səsvermə qutusu nəzərdə tutulub. Yeni Nazirlər Kabinetinə namizədlərin müzakirəsi bazarı günü başlayıb.

Əhmədinejad İranda iyunun 12-də keçirilmiş prezident seçkilərində qalib gəlib. Müxalifətin məğlub lideri Mir Hüseyn Musəvinin tərəfdarları hökuməti səsvermənin nəticələrini təhrif etməkdə ittiham edib və nəticələrin ləğvinə çağırıblar. Tehranda kütləvi iğtişaşlarda 27 nəfər həlak olub, təxminən min nəfər həbs edilib.İranın Nəzarət Şurasının keçirdiyi səslərin yenidən qismən hesablanması yekun nəticələrə təsir etməyib. Prezident seçkilərinin qalib Əhmədinejad elan olunub.

Xəbər lenti

Xəbər lenti