...

Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı doqquza çatıb

Dünya xəbərləri Materials 3 Noyabr 2009 11:26 (UTC +04:00)
Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı doqquz nəfərə çatıb, bu barədə bazar ertəsi Anadolu agentliyi ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirib.
Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı doqquza çatıb

Azərbaycan, Bakı, 03 noyabr / Trend , müxbir A.Axundov /

Türkiyədə "donuz qripi"ndən ölənlərin sayı doqquz nəfərə çatıb, bu barədə bazar ertəsi Anadolu agentliyi ölkənin Səhiyyə Nazirliyinin bəyanatına istinadən bildirib.

Bazar ertəsi A/H1N1 virusundan iki qız - Şanlıurfa şəhərində dördyaşlı və İstanbul şəhərində 13 yaşlı qız həlak olub. "Donuz qripi"nin qurbanı həmçinin Ankara sakini 65 yaşlı qadın olub. Onun ölümü sayca doqquzuncudur. Türkiyədə "donuz qripi"nin səbəb olduğu ilk ölüm faktı oktyabrın 24-də paytaxtda qeydə alınıb.

Türkiyənin səhiyyə naziri Rəcəb Akdaq jurnalistlərə bildirib ki, ölkədə A/H1N1 virusuna 1800 yoluxma halı rəsmi olaraq təsdiq edilib. O, həmçinin bu virusa yoluxanların sayının həqiqətən də çox olduğunu etiraf edib.

Xəbər lenti

Xəbər lenti