Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının keçirdiyi qrup toplantısında islamofobiyanın antisemitizm kimi cinayət olduğunu bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib.
"İslamofobiya antisemitizm kimi cinayət hesab olunmalıdır", - deyə Baş nazir qeyd edib.
Ərdoğan vurğulayıb ki, İslamın terrorla heç bir əlaqəsi yoxdur və İslamın terrorla eyni tutulması doğru deyil.