...

İtaliya Prezidenti Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 14 Noyabr 2009 10:26 (UTC +04:00)
İtaliya Prezidenti Corco Napolitano türkiyəli həmkarı Abdullah Gülün dəvəti ilə Türkiyəyə səfər edəcək, Anadolu İnformasiya Agentliyi prezidentin mətbuat xidmətinin məlumatına istinadən bildirib.
İtaliya Prezidenti Türkiyəyə səfər edəcək

Azərbaycan, Bakı, 14 noyabr / Trend , müxbir A.Axundov/

İtaliya Prezidenti Corco Napolitano türkiyəli həmkarı Abdullah Gülün dəvəti ilə Türkiyəyə səfər edəcək, Anadolu İnformasiya Agentliyi prezidentin mətbuat xidmətinin məlumatına istinadən bildirib.

Səfər noyabrən 16-da başlayacaq və 19-na kimi davam edəcək.

Ankarada keçiriləcək görüş zaman hər iki ölkənin prezidenti Türkiyənin İtaliya və Aİ ilə qarşılıqlı münasibətlərini, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Ankarada danışıqların başa çatmasından sonra, Napolitano yerli italiyanlarla görüşmək məqsədilə Egey dənizinin sahilində yerləşən Türkiyənin qərb əyaləti İzmirə yola düşəcək.

Xəbər lenti

Xəbər lenti