...

Türkiyə erməni problemini həll edib - Prezident Gül

Dünya xəbərləri Materials 23 Noyabr 2009 15:58 (UTC +04:00)
Türkiyə Prezidenti Abdullah Gül İtaliyanın "La Stampa" qəzetinə verdiyi müsahibədə rəsmi Ankaranın kürd və erməni problemlərini həll etdiyini bildirib.
Türkiyə erməni problemini həll edib - Prezident Gül

Türkiyə Prezidenti Abdullah Gül İtaliyanın "La Stampa" qəzetinə verdiyi müsahibədə rəsmi Ankaranın kürd və erməni problemlərini həll etdiyini bildirib. Məlumatı Türkiyənin "Yeni Çağ" qəzeti yazır.

"Türkiyə Ermənistan və ölkədə olan kürd problemini həll edib", - Gül deyib.

Trend -un arayışı: Oktyabrın 10-da Ankara-Yerevan protokolları İsveçrənin Sürix şəhərində Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu və Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan tərəfindən imzalanıb.

Avqust ayında Türkiyə XİN-dən bildirilib ki, Ermənistanla İsveçrənin vasitəçiliyi ilə aparılan danışıqlarda "Diplomatik münasibətlərin qurulması barədə Protokol" və "İkitərəfli münasibətlərin inkişafı üzrə Protokol"a dair "daxili siyasi məsləhətləşmələr"ə başlanması barədə razılaşma əldə olunub. Siyasi məsləhətləşmələrin altı həftə ərzində tamamlanması planlaşdırılır, bunun ardınca isə iki protokol imzalanacaq və təsdiqlənməsi üçün hər iki ölkə parlamentinə təqdim ediləcək. Bu barədə Türkiyə XİN-in məlumatında deyilir. "Türkiyə hazırda qonşu Ermənistanla sərhədlərin açılmasını planlaşdırmır", - Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparır.

Oktyabrın 10-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə mətbuatına verdiyi açıqlamada ölkəsinin Azərbaycanın maraqlarına heç vaxt zidd addım atmayacağını bildirib.

Protokol imzalandıqdan bir gün sonra Türkiyənin TRT1 dövlət telekanalına müsahibə verən XİN rəhbəri Davudoğlu işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsinin vacib olduğunu bildirib.

Gül onu da qeyd edib ki, Ankara Ermənistanla münasibətlərin yaxşılaşması üçün əlindən gələni edib və Ermənistandan da eyni cür hərəkət gözləyir.

Xəbər lenti

Xəbər lenti