Gürcüstan, Tbilisi, 04 yanvar / Trend , müxbir N.Kirsxaliya/
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya yanvarın 4-də 77 yaşını qeyd edir. Gürcüstan Patriarxlığından Trend -a bildirildiyi kimi, bu hadisə ilə əlaqədar II İliya Müqəddəs Troitsa kafedral kilsəsinə gəlib.
Arzu edən hər kəs təntənəli tədbirdən sonra Patriarxı təbrik edə biləcək.
II İliya 1933-cü il yanvarın 4-də Vladiqafqaz şəhərində anadan olub. 1952-ci ildə Vladiqafqazda 22 saylı məktəbini bitirib və Moskva Ruhani Seminariyasına daxil olub, sonra təhsilini Moskva Ruhani Akademiyasında davam etdirib.
1967-ci ildə yepiskop İliya Abxaziya yeparxiyasına göndərilib. 1967-ci ildə mitropolit vəzifəsində çalışıb. 1977-ci il noyabrın 9-da Katolikos-Patriarx V Davidin vəfatından sonra Müqəddəs Sinodun sərəncamı ilə patriarxın vəkili təyin edilib. 1977-ci il dekabrın 23-də isə Bütün Gürcüstanın Katolikos-Partiarxı seçilib.