...

İran dünya müsəlmanları üçün bir milyon tirajla qəzet çap etməyə hazırlaşır

Dünya xəbərləri Materials 8 Yanvar 2010 12:44 (UTC +04:00)
İranın irşad və mədəniyyət nazirinin mətbuat üzrə müavini Məhəmməd Əli Ramin bildirib ki, transmilli qəzetin bir milyon tirajla çap olunması üçün Qum əyalətində potensial mövcuddur.
İran dünya müsəlmanları üçün bir milyon tirajla qəzet çap etməyə hazırlaşır

İranın irşad və mədəniyyət nazirinin mətbuat üzrə müavini Məhəmməd Əli Ramin bildirib ki, transmilli qəzetin bir milyon tirajla çap olunması üçün Qum əyalətində potensial mövcuddur. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

O bildirib ki, qəzet dünyanın müxtəlif dillərinə çap olunaraq yayımlanmalıdır. "İran İslam Respublikasının dünya müsəlmanları üçün bir milyon tirajla transmilli qəzet çap etməyə ehtiyacı var", - Əli Ramin ötən gün Qum əyalətinin mədəniyyət işçiləri ilə görüşündə deyib.

O qeyd edib ki, Qum əyalətində mədəniyyət sahəsində çalışmaq üçün geniş potensial var və bu potensialdan bütün sahələrdə istifadə olunmalıdır.

Tehran əyalətinin cənubunda yerləşən Qum əyalətinin mərkəzi Qum şəhəridir. Qum şəhəri dini elmi seminariyanın yerləşdiyi mərkəzdir. Dünyanın müxtəlif regionlarından dini təhsil almaq məqsədi ilə bu şəhərə tələbələr gəlir.

Xəbər lenti

Xəbər lenti