...

ABŞ və Türkiyə İsrail-Suriya danışıqlarının yenilənməsi üçün güc sərf edir

Dünya xəbərləri Materials 9 Yanvar 2010 13:52 (UTC +04:00)
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel bildirib ki, onlar Türkiyə ilə birlikdə İsrail və Suriya arasındakı danışıqların yenilənməsi üçün qüvvə sərf edirlər.
ABŞ və Türkiyə İsrail-Suriya danışıqlarının yenilənməsi üçün güc sərf edir

ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel bildirib ki, onlar Türkiyə ilə birlikdə İsrail və Suriya arasındakı danışıqların yenilənməsi üçün qüvvə sərf edirlər. Məlumatı TRT Russian saytı yazır.

Mitçel ABŞ-ın PBS telekanalındakı reportajında da İsrail və Suriya arasındakı danışıqlara toxunub.

O qeyd edib ki, Suriya Türkiyənin vasitəçiliyi ilə danışıqlar aparmağı arzulayır. "Lakin İsrail birbaşa danışıqlar aparmağı arzu edir", - o vurğulayıb.

"Hazırda danışıqların yenidən bərpa edilməsi üçün biz hər hansı bir üsul tapa bilməmişik. Lakin missiyamızı davam etdiririk", - ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi deyib.

"Biz Ankara ilə əlaqələri dəstəkləyirik. Bu məsələdə irəliləyişə nail olmaq üçün ABŞ və İsrailə səfərə hazırlaşıram", - amerikalı diplomat deyib.

Danışıqlar prosesi İsrailin Qolan yüksəkliklərinin işğalına davam etməsi və Suriyanın "Hizbullah" və HƏMAS-a dəstək göstərməsinə görə dayandırılıb.

Xəbər lenti

Xəbər lenti