...

İranla müharibə regionda ABŞ üçün təhlükə yaradacaq - Baş Qərargah rəisi

Dünya xəbərləri Materials 22 Yanvar 2010 13:22 (UTC +04:00)
İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi ABŞ-ın bəzi hərbi komandirlərinin İranın nüvə obyektlərinə hücumla bağlı çıxışlarına münasibət bildirərək deyib ki, İranın nüvə obyektlərinə hücum regionda ABŞ üçün təhlükə yaradacaq.
İranla müharibə regionda ABŞ üçün təhlükə yaradacaq - Baş Qərargah rəisi

İran ordusunun Baş Qərargah rəisi general Həsən Firuzabadi ABŞ-ın bəzi hərbi komandirlərinin İranın nüvə obyektlərinə hücumla bağlı çıxışlarına münasibət bildirərək deyib ki, İranın nüvə obyektlərinə hücum regionda ABŞ üçün təhlükə yaradacaq. "Bunu dəfələrlə ABŞ komandirləri də vurğulayıblar, lakin buna baxmayaraq yenə də düşünülməmiş çıxışlar edirlər", - o deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb.

Firuzabadi qeyd edib ki, bəzi siyasi şəxslərin çıxışları bir o qədər fəsadlar törətməyə bilər, lakin hərbçilərin düşünülməmiş çıxışları böyük fəsadlara yol aça bilər.

Xəbər lenti

Xəbər lenti