İranın ali lideri ayətullah Əli Xamneyi Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizlə görüşündə bildirib ki, region ölkələrinin İsrailin məhv olmasını görəcəklərinə əminliyini bildirib. "Bunun tez və ya gec olması İslam ölkələrinin və müsəlmanların gördüyü işlərdən asılıdır", - o deyib. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.
Ayətullah Xamneyi ötən il Mavritaniya Respublikasının İsraillə əlaqələrini kəsməsinin bəzi Ərəb ölkələrinə yaxşı nümunə ola biləcəyindən danışıb.
Xamneyi İsrailin İslam dünyası üçün böyük təhlükə mənbəyi olduğunu, İsrailin hər gün regionda öz nüfuzunu artırmaq və işğalını davam etdirmək istəyini bildirib.
Ayətullah Xamneyi həmçinin ABŞ-ın Afrikada silahlı qüvvələri üçün qərargah yaratması barədə məlumat verib.