...

ABŞ, Rusiya və Fransa uran mübadiləsi üçün İrana müştərək təkliflər təqdim edib - Atom Enerjisi Təşkilatının sədri

Dünya xəbərləri Materials 15 Fevral 2010 11:27 (UTC +04:00)
İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, İran 20 faizlik uranı daxildə istehsal etmək üçün qərar qəbul etdikdən sonra ABŞ, Rusiya və Fransa uranın mübadiləsi üçün müştərək təkliflər təqdim edib ki, hazırda bu məsələ araşdırılır.
ABŞ, Rusiya və Fransa uran mübadiləsi üçün İrana müştərək təkliflər təqdim edib - Atom Enerjisi Təşkilatının sədri

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib ki, İran 20 faizlik uranı daxildə istehsal etmək üçün qərar qəbul etdikdən sonra ABŞ, Rusiya Fransa uranın mübadiləsi üçün müştərək təkliflər təqdim edib ki, hazırda bu məsələ araşdırılır. Bu barədə İLNA xəbər agentliyi məlumat yayıb.

Salehi əlavə edib ki, 20 faizlik uran istehsal edən bəzi ölkələr son vaxtlar İrana Tehran reaktoruna lazım olan 20 faizlik uranın mübadiləsi üçün təkliflər təqdim edib. "Biz hazırda bu təklifləri dəyərləndiririk", - o deyib.

Salehi əlavə edib ki, BMT Təhlükəsiz Şurası (5 daimi üzv və Almaniya) ölkələrindən bəziləri İrana təkliflər təqdim edib. "İran uranın 20 faizlik zənginləşdirilməsini o vaxt dayandıra bilər ki, ölkənin uran mübadiləsi barədə bütün şərtləri yerinə yetirilsin", - Salehi deyib.

İran fevralın 9-dan uranı 20 faiz zənginləşdirməyə başlayıb. İranın Atom Enerjisi Təşkilatı rəhbəri Əli Əkbər Salehi bidirib ki, İran ayda 3-3,5 kq 20 faizlik uran istehsal etmək qabiliyyətindədir. Əhmədinejad fevralın 11-də Tehranda çıxışı zamanı bildirib ki, 20 faizlik uranın birinci partiyası artıq istehsal edilib və istehsal həcmi yaxın gələcəkdə 3 dəfə artacaq.

ABŞ və Qərb İranı nüvə silahı yaratmaq niyyətində olmaqda ittiham edib. İran isə uranın zənginləşdirilməsini nüvə elektrik stansiyalarının yanacağının təmini üçün olduğunu bildirib. BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramını dayandırması üçün indiyədək 5 qətnamə qəbul edib. Qətnamələrin 3-də İrana qarşı iqtisadi sanksiyalar tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti