...

İranda uranın zənginləşdirilməsi sürəti 5 dəfə artıqdır - Prezident (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 16 Fevral 2010 17:12 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, İranda yeni nəsil sentrifuqlarda uranın zənginləşdirilməsi sürəti əvvəlkilərdən beş dəfə artıqdır. Bu barədə İRİNN xəbər kanalı canlı yayımda məlumat yayıb.
İranda uranın zənginləşdirilməsi sürəti 5 dəfə artıqdır - Prezident (ƏLAVƏ OLUNUB)

RED. əlav.: son iki abzas əlavə olunub

İran Prezidenti Mahmud Əhmədinejad bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, İranda yeni nəsil sentrifuqlarda uranın zənginləşdirilməsi sürəti əvvəlkilərdən beş dəfə artıqdır. Bu barədə İRİNN xəbər kanalı canlı yayımda məlumat yayıb.

Əhmədinejad əlavə edib ki, yeni nəsil sentrifuqlar hazırda quraşdırılır.

Tehran reaktoruna lazım olan uranın mübadiləsi məsələsi hələ də gündəmdədir. "Lazım olan uranı mübadilə etmək üçün kim təklif irəli sürərsə, biz onu araşdırmağa hazırıq", - Əhmədinejad deyib.

"Qərb ölkələri bizə qarşı bəzi şərtlər qoydular, onların qoyduqları şərtlər bizi Tehran reaktoruna lazım olan uranı daxildə zəngiləşdirməyə məcbur etdi", - Əhmədinejad 20 faizlik uranın İranda zənginləşdirilməsi ilə bağlı suala cavab verərək deyib.

Əhmədinejad əlavə edib ki, uranın daxildə 20 faiz zənginləşdirilməsi xərcləri çoxdur. "Lakin onlar bizim mübadiləyə razı olmağımıza baxmayaraq, şərtlər irəli sürdülər və biz onların şərtlərinin xoşniyyətli olmadığını gördük", - İran Prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti