...

Rusiyaya "Mistral"ın satışı Gürcüstanla münasibətlərə təsir göstərməyəcək - Fransa səfiri

Dünya xəbərləri Materials 5 Mart 2010 10:50 (UTC +04:00)
Gürcüstanın Fransa tərəfindən dəstəklənməsi siyasəti dəyişməz qalır və Rusiyaya "Mistral"ın satışı Paris və Tbilisi arasındakı münasibətlərə təsir göstərməyəcək.
Rusiyaya "Mistral"ın satışı Gürcüstanla münasibətlərə təsir göstərməyəcək - Fransa səfiri

Gürcüstan, Tbilisi, 05 mart / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Fransa tərəfindən dəstəklənməsi siyasəti dəyişməz qalır və Rusiyaya "Mistral"ın satışı Paris və Tbilisi arasındakı münasibətlərə təsir göstərməyəcək. Bu bəyanatla bu gün Fransanın Gürcüstandakı səfiri Erik Furnye çıxış edib.

Diplomat bildirib ki, Fransa və Rusiya prezidentlərinin Parisdə son görüşü zamanı Nikola Sarkozi Dmitri Medvedevdən 2008-ci il avqust müharibəsi zamanı imzalanmış sazişin yerinə yetirilməsini tələb edib.

"Mistral" mövzusu Fransa və Gürcüstan münasibətlərinə təsir göstərməyəcək", - Furnye əminliyini ifadə edib.

Qeyd edək ki, Parisdə Rusiya və Fransa RF-yə dörd ədəd "Mistral" vertolyotdaşıyanın göndərilməsinə dair eksklüziv danışıqlara başlayır. Fransa Prezidenti Sarkozinin sözlərinə görə, söhbət dörd gəmidən gedir. Onlardan birincisi ölkənin qərbindəki Sent-Nazer tərsanəsində inşa ediləcək.

Xəbər lenti

Xəbər lenti