...

Türkiyə və Ermənistan öz problemlərini özləri həll etməlidirlər - ABŞ dövlət katibinin köməkçisi

Dünya xəbərləri Materials 18 Mart 2010 10:45 (UTC +04:00)

TürkiyəErmənistan öz problemlərinin həlli ilə məşğul olmalıdırlar. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filip Qordon belə deyib. Bu barədə CNN Turk məlumat yayıb.

"Türkiyə və Ermənistan arasındakı problemlər iki ölkə tərəfindən həll olunmalıdır", - Qordon deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan protokolları və Konqres Komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbulu bir-biri ilə əlaqəsi olmayan iki müxtəlif hadisədir.

Martın 4-də ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində və martın 11-də İsveç Parlamentində "erməni qətnaməsi" qəbul olunduqdan sonra, Türkiyə Vaşinqton və Stokholmdakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Dövlət katibinin köməkçisi, həmçinin, Ankara və Yerevanı tezliklə protokolları ratifikasiya etməyə çağırıb.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistan xarici işlər nazirləri Əhməd Davudoğlu və Edvard Nalbandyan diplomatik münasibətlərin qurulmasına dair protokol imzalayıblar.

Xəbər lenti

Xəbər lenti