İranın Təhlükəsizlik Qüvvələri Pakistanın Pişəvər şəhərində oğurlanan iranlı diplomat Hişmətullah Əttarzadənin İrana qaytarılması və azad edilməsinə dair irimiqyaslı əməliyyat keçiriblər. Bu barədə İran Təhlükəsizlik Qüvvələrinin mətbuat xidmətinə istinadən İranın İRİBNEWS televiziyasının rəsmi saytı məlumat verir.
Yayılan məlumatda bildirilir ki, əməliyyatın keçirilməsi haqqında ətraflı məlumat sonra veriləcək.
2008 -ci ilin noyabrında Əttarzadə Pakistanın şimal-qərbində yerləşən Pişəvər şəhərində oğurlanıb. Diplomatın mühafizəçiləri öldürülüb. Əttarzadə İran konsulluğunun Pişəvərdəki ticarət attaşesi vəzifəsində çalışırdı. Onun oğurlanması evdən işə yollanarkən baş verib. Polisin məlumatlarına əsasən, hücum dörd silahlı şəxs tərəfindən həyata keçirilib.