...

İranda məhkəmə müxalif yönlü "Etimad" qəzetinin yayımlanmasına qərar verib

Dünya xəbərləri Materials 6 Aprel 2010 13:49 (UTC +04:00)

İran məhkəməsi ölkənin tanınmış müxalifət qəzetlərindən olan, İranın İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası tərəfindən yayımı dayandırılan "Etimad" qəzetinin yayımlanmasına yenidən icazə verib. Bu barədə Trend İranın parlemannews saytına istinadən məlumat verir.

İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası mart ayının 1-də keçirdiyi iclasda "Etimad" qəzetinin bağlanmasına qərar verərək onun haqqında işi məhkəməyə göndərmişdi.

Məlumatda bildirilir ki, "Etimad" qəzetinin yenidən yayımlanması üçün məhkəmə iki gün öncə hökm çıxarsa da, hələlik bu hökm qəzet rəhbərliyinə təqdim olunmayıb. Məlumatda, həmçinin, bunun başlıca səbəbi ilə bağlı hökumət dairələrindən məhkəməyə qəzetin yayımlanmasına icazə verməmək üçün edilən təzyiqlər olduğu göstərilir.

Xəbər lenti

Xəbər lenti